Saçlarda yağlanmanın səbəbləri: Təbii yollarla aradan qaldırmaq olarmı?


Digərləri 20 Sen 2020 19:15:00 184 0

Saçlarda yağlanmanın səbəbləri: Təbii yollarla aradan qaldırmaq olarmı?

Günümzdə çoxları yağlı saç problemindən əziyyət çəkir. Suyun, yuyucu vasitələrin dəyişməsindən, bəzən isə aparılan müalicələrdən asılı olmayaraq bu problem aradan qalxmır. Saşlarda yağlanma nədən yaranır? Onu necə aradan qaldırmaq olar? Təbii üsullarla yağlanmanın qarşısını almaq mümkündürmü?

Son.az e-tibb.az-a istinadən Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının müdiri, əczaşılıq elmləri doktoru, professor Cavanşir İsayevin saçlarda yağlanmanın səbəbləri və bunun fitotearpevtik müalicəsi ilə bağlı fikirlərini təqdim edir:

Yağlı saçlar - baş dərisinin vəzilərinin həddən artıq aktivliyi ilə əlaqəli olaraq saçların yağlılığının yüksəlməsidir. Başı çox yumağa baxmayaraq, belə saçlar yağlı və hətta çirkli görünür. Ayrı-ayrı zolaqlar şəklində bir-birinə yapışırlar, saç düzümü götürmürlər. Yağlı saçlar problemi trixoloq, endokrinoloq və qastroenteroloqla birlikdə peşəkar yanaşma tələb edir.

Saçların həddən artlq yağlılığının səbəbləri müxtəlif ola bilər:

İrsiyyət. Bu əsas  səbəblərindən  biridir.  Əgər sizin  yaxın qohumlarınızın  əksəriyyətində saçlar çox  yağlıdırsa, sizin  də  saçlarınız  yağlı olacaq. Bu halda  saçların  artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.

Hormonal  pozulmalar. Bu  da  əsas  səbəblərdən  biridir.  İstənilən  hormonal  pozulma saçların  vəziyyətinə  mənfi  təsir  edir.  Bu  səbəbdən  əgər  siz  saçlarınızın  həddən  artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

Düzgün  olmayan  qidalanma. İnsan  daim  həddən  artıq  yağlı,  şirin  qidaları,  un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (hamiləlik əleyhinə həblər, hormonal preparatlar, antibakterial preparatlar və s.) saçların tez yağlanmasına səbəb olur.

Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir. Keyfiyyətsiz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, gel və s. vasitələrdən tez-tez istifadə edilməsi, fen və s. - bütün bu amillər saçların daha tez yağlanmasına səbəb olur. Streslər, xüsusilə  uzunsürən  xroniki  streslər,  saçların  daha  tez  yağlanmasına səbəb  ola bilər. Saç tiplərinin xarakteristikası: Normal  saçlar  sağlam  və  cəlbedici  olur;  onlar parlaq, elastik  və  ipək kimi  yumşaq  olması  ilə fərqlənir.  Belə saçlar  asanlıqla şəkilləndirilir  və  uzun müddət yığılmış formasını saxlayır. Bütün bu xüsusiyyətlər normal saçlarda yuyulmadan sonrakı bir  neçə  gün  ərzində  saxlanır.  Quru  saçlar  isə  cansız  görünür.  Onlar  çətinliklə  daranır  və yuyulduqdan sonra şəkilləndirilir, lakin asanlıqla bir-birinə dolaşır və ucları haçalanır. Quru saçlar yuyulduqdan sonra,  adətən,  baş dərisinin  dartılması hissi  yaranır. Bununla  bərabər, quru  saçlar uzun müddət kirlənmir və yalnız yuyulmadan sonrakı 7-ci günün sonunda yağlı olurlar.

Yağlı  saçların  tipik  əlamətləri  yağlılığın  artması; yağlı  parıltı,  çirkli  görüntüdür.

Yuyulmadan  bir  neçə saat  sonra  saçlar  bir-birinə  yapışır  və  forma  saxlamır. Yağlı  saçlar  toz hissəciklərini sürətlə absorbsiya edir, qoxulu maddələri içinə çəkir. Buna görə də çirkli görünür; onlardan xoşagəlməz qoxu gələ bilər.