Böyük Britaniya ikinci dəfə karantin elan etməyi nəzərdən keçirir


Dünya 20 Sen 2020 19:09:00 119 0

Böyük Britaniya ikinci dəfə karantin elan etməyi nəzərdən keçirir

Britaniyanın Səhiyyə Naziri Met Hankok cümə günü bildirib ki, ölkədə COVID-19-a yoluxma halları artmağa davam etdiyi üçün hökümət ikinci bir ümumilli karantin elan etməyi nəzərdən keçirir.

Nazir bu barədə Britaniyanın şimal-şərqində qapanma tədbirləri qüvvəyə mindiyi vaxt məlumat verib.

Hankok son bir neçə həftə ərzində xəstəliyə yoluxma sayında sürətlənmə olduğunu, eləcə də koronavirus səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayının təxminən hər səkkiz gündə iki qat artdığını söyləyib.

Səhiyyə naziri ümummilli bir qapanmanın "son müdafiə xətti" olduğunu və hökumətin regional qapanmalara üstünlük verəcəyini söyləyib.

Hankok həmçinin ölkə vətəndaşlarını "altı qaydası"na, yəni kütləvi tolantılarda altı nəfərdən artıq insanın bir yerdə olmamasına riayət etməyə, yerli ərazilərindəki qadağala əməl etməyə və testlərinin nəticəsi müsbət çıxarsa təcriddə qalmağa çağırıb.