Sabirabadda yeznə ov zamanı qaynını güllələdi


Kriminal 20 Sen 2020 17:47:57 154 0

Sabirabadda yeznə ov zamanı qaynını güllələdi

Sabirabadda yeznə qaynını güllələyərək qətlə yetirib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Ulacalı kəndində baş verib.

Ov zamanı kənd sakini, 1981-ci il təvəllüdlü Nəsirov Zəka qaynı 1986-cı il təvəllüdlü Nəsirov Aqil Atamoğlan oğlunu ehtiyatsızlıqdan ov tüfəngi ilə üz nahiyəsindən güllələyərək öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.