"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"


Siyasət 20 Sen 2020 16:35:00 84 0

"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"

"Bu gün Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirən, davamlı inkişafın təminatçısına çevrilən "Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür. Məhz 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanı bir daha dünyaya sabitlik diyarı, böyük biznes imkanlarına malik ölkə kimi təqdim etdi.

Ümumiyyətlə, son 26 ildə "Əsrin müqaviləsi" Azərbaycana hansı uğurları qazandırdı" sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası hələ bundan yüz illər sonra da Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq, yeni-yeni layihələrə yol açmaqla ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı imicə dəyərli əlavələr edəcək".

Son.az xəbər veri ki, bu fikirləri KİV-ə açıqlamasındaYeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil"qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti "Əsrin müqaviləsi"nin 26 illiyi ərəfəsində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminə, eyni zamanda, Prezident İlham Əliyevin bu mərasim çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsinə yönəldərək bildirib ki, dövlətimizin başçısının da vurğuladığı kimi, "Abşeron", bir ay bundan əvvəl isə "Qarabağ" və digər layihələrin icrası istiqamətində atılan addımlar bundan sonra da Azərbaycan iqtisadiyyatının tərəqqisində neft-qaz amilinin önəmli rolunu təsdiqləyir: "Prezident bu fikri xüsusi qeyd edir ki, neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, ölkə qurmaq üçün vasitədir. 2003-cü ildən başlayaraq "qara qızıl"ın insan kapitalına çevrilməsi tezisi irəli sürülərək bu istiqamətdə əldə olunan uğurlar da deyilənlərin təsdiqidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılmasında da əsas məqsəd neft gəlirlərinin istifadəsində şəffaflığın qorunması, ədalət prinsipinə üstünlük verilməsidir. Fondun maliyyələşdirdiyi istiqamətlərə diqqət yetirdikdə görürük ki, ölkənin hərtərəfli inkişafı əsas hədəfdir".

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin rolu böyükdür söyləyən V.Rəhimzadə qeyd edib ki, yaxın zamanlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünü qeyd edəcəyik: "Prezident İlham Əliyev uğurlara baxış fonunda ortaya çıxan "hələ 30 il tamam olmayıb, amma biz hansı işləri görürük" sualına cavab olaraq bildirdiyi kimi, Azərbaycan nefti tam şəkildə xalqın maraqlarına xidmət edir. Azərbaycan bütün beynəlxalq reytinqlərdə ən qabaqcıl yerlərdədir. Əməkdaşlıq əlaqələrini regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf etdirən Azərbaycan bu gün bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, cari ilin sonuna qədər layihənin digər tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması da deyilənləri bir daha sübut edir. 2017-ci ildə Ulu Öndərin müəllifi olduğu "Əsrin müqaviləsi"nin icra müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan "Yeni əsrin müqaviləsi"nin imzalanması bir daha Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu artırır. Bu gün Azərbaycanda uğurlu neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı sürətləndirilir, infrastruktur layihələri həyata keçirilir, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritet məsələ kimi öndə saxlanılır. Bu gün Azərbaycan infrastruktur layihələrinin icrasına verilən dəyərə görə dünyada qabaqcıl yerdədir. Davos Dünya İqtisadi Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdədir. Bir sözlə, "Əsrin müqaviləsi" Azərbaycana bütün sahələrdə uğurlar qazandırıb və hazırda bunların əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirilir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsidir. Prezident İlham Əliyev qeyd olunan müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etmişdir: "Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir." Azərbaycan neftinin 2006-cı ildə, 28 May-Respublika Günündə Ceyhan terminalına çatması da öz rəmzi mənası ilə diqqət çəkmişdi. Bu mühüm hadisə bir daha dövlət müstəqilliyimizin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin rolunu dünyaya təqdim etdi".

V.Rəhimzadə neft strategiyasının uğurla həyata keçirilməsində SOCAR-ın, onun tərkibində vahid məqsəd uğrunda fədakarlıqla çalışan çoxminli neftçi ailəsinin əməyini xüsusi vurğulayıb: "Prezident İlham Əliyev bütün çıxışlarında, müsahibələrində ölkəmizin enerji sektorunda qazandığı uğurlarda SOCAR-ın, o cümlədən qəhrəman neftçilərimizin xidmətlərindən geniş bəhs edir. Dövlətimizin başçısı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində də bildirmişdir ki, neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır: "Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm".

Vüqar Rəhimzadə qeyd edib ki, yeni neft strategiyasının əsas icraçılarından olan SOCAR bu gün dünya miqyasında modern beynəlxalq şirkətə çevrilib. Hazırda SOCAR Türkiyə, Gürcüstan, Ukrayna və digər xarici ölkələrdə böyük investisiya layihələri həyata keçirir. Şirkət ölkəmizdə zəngin neft-qaz ehtiyatlarına malik yataqların xarici tərəfdaşlarla birgə işlənməsini həyata keçirərək ixrac imkanlarımızı daha da genişləndirir. SOCAR-ın malik olduğu imkanlar ona hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa stimul verir. Ən əsası, qurumda yüksək ixtisaslı kadrların önə çəkilməsi müasir dövrün tələbləri ilə tam uzlaşır, yeni-yeni hədəflərə yol açır.

Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu ötdü like
  • 20 Sen 16:28  
Dünya Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu ötüb.

arrow Ətraflı
Ermənistan yeni müharibəyə hazırlaşır like
  • 20 Sen 16:22  
Siyasət Ermənistan yeni müharibəyə hazırlaşır

Ermənistan yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onları

arrow Ətraflı
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır like
  • 20 Sen 16:15  
Digərləri Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorin

arrow Ətraflı
Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz” like
  • 20 Sen 16:09  
Dünya Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”

ABŞ prezidenti Donald Tramp bildirib ki, elə fərman imzalayar ki,  rəqibi C

arrow Ətraflı
Özbəkistanın Baş nazirinin müavini koronavirusdan öldü like
  • 20 Sen 16:02  
Dünya Özbəkistanın Baş nazirinin müavini koronavirusdan öldü

Özbəkistan Baş Nazirinin müavini Uktam Barnoyev vəfat edib.

arrow Ətraflı
İranda koronavirusdan daha 183 nəfər öldü like
  • 20 Sen 15:56  
Dünya İranda koronavirusdan daha 183 nəfər öldü

İranda ötən sutka ərzində 3 097 nəfər koronavirusa (COVID 19) yoluxub.

arrow Ətraflı
"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr" like
  • 20 Sen 15:49  
Siyasət "Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr"

İşğalçı Ermənistan hökumətinin Azərbaycana qarşı ərazi iddiası, onu

arrow Ətraflı
Yunanıstan "Yanoş" ilə mübarizə aparır like
  • 20 Sen 15:43  
Dünya Yunanıstan "Yanoş" ilə mübarizə aparır

Yunanıstan "Yanoş" qasırğası ilə mübarizəni davam etdirir.

arrow Ətraflı
Bakıda pulları sağasola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar... like
  • 20 Sen 15:36  
Kriminal Bakıda pulları sağasola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar...

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda və hədə-qorxu i

arrow Ətraflı
146 yeni yoluxma, 154 nəfər sağaldı like
  • 20 Sen 15:30  
Digərləri 146 yeni yoluxma, 154 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yolu

arrow Ətraflı
Rusiyada daha 6148 nəfər koronavirusa yoluxdu like
  • 20 Sen 15:23  
Dünya Rusiyada daha 6148 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 6148 nəfər yeni növ koronavirusa (COVID-19)

arrow Ətraflı
Tehran ABŞın bəyanatını "qiyam" adlandırdı like
  • 20 Sen 15:10  
Dünya Tehran ABŞın bəyanatını "qiyam" adlandırdı

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın dünya ictimaiyyətini Tehrana q

arrow Ətraflı
Madonna ilə öpüşdüyü həmin səhnədən danışdı  FOTO like
  • 20 Sen 15:04  
Digərləri Madonna ilə öpüşdüyü həmin səhnədən danışdı FOTO

Dünyaca məşhur müğənni Kristina Agilera 2003-cü ildə "Mtv VMA"

arrow Ətraflı
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür like
  • 20 Sen 14:51  
Siyasət Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür

Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı

arrow Ətraflı