Ermənistan yeni müharibəyə hazırlaşır


Siyasət 20 Sen 2020 16:22:00 93 0

Ermənistan yeni müharibəyə hazırlaşır

Ermənistan yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real  Televiziyasına müsahibəsində deyib.

Son.az Trend-ə istinadən bildirir ki, təmas xətindən əlavə Ermənistan dövləti artıq bir neçə müddətdir ki, müharibə üçün hazırlıqlar görür. Ordudakı çatışmazlıqları müxtəlifl yollarla həll etməyə çalışan Ermənistan dövləti bunun üçün bütün resurslarını səfərbər edib. Beləki Ermənistanda "Müdafiə haqqında" qanuna əlavələr hətta səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırılmağa imkan verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsün müəllifi Anna Akopyan da bu proseslərdə yaxından iştirak edir (Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır)

Bununla yanaşı Ermənistan hakimiyyəti orduda olan kadr çatışmazlıqlarını həll etmək üçün qanunsuz köçürmə siyasətindən istifadə edir: (Ermənilər Qarabağa muzdlu döyüşçülər köçürür - FAKTLAR)

Deputat Elşən Musayev Trend-ə bildirib ki, Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir və üstəlik bunu naşıcasına edir, riyakarca edir, utanmazca edir, ATƏT-in Minsk Qrupunun gözü qarşısında edir. Niyə? Çünki panikadadır, uduzduğunu anlayır. Belə olan halda isə gücü yalnız ona çatır ki, növbəti təxribatçı bəyənatlar versin, aranı qatsın, məsuliyyətsiz açıqlamaları ilə gündəmə gəlsin: "Paşinyanın bəyənatları heç şübhəsiz ki, öz başının və təxəyyülünün məhsulu deyil. Amma hər kimin və ya hansı başın məhsuludur fərq etməz, nəticə etibarilə onun dilindən çıxan kəlmələr bütün hallarda absurd və mənasızdır. Bu işğalçı ölkə əgər Beynəlxalq hüququn bütün ana prinsiplərini görməzdən gəlirsə, BMT qətnamələrini unudursa və hələ utanmaz-utanmaz mövcud vəziyyətdə hansısa şərt qoyursa demək ki, bunlarda abır-həya, siyasi etika, məsuliyyət, cavabdehlik hissi qalmayıb. Bütün dünya deyir ki, Qarabağ Azərbaycanındır. Bircə Paşinyandan başqa. Hərçənd o özü də anlayır ki, vəziyyət belə davam edə bilməz. Pafosla, şablon cümlələrlə, dəxilsiz hədələrlə çox uzağa getmək mümkün deyil. Cəbhədəki son hadisələr, döyüşlər də göstərdi ki, Ermənistanın öz hərbi gücü sıfıra bərabərdir. Kənardan dəstək olmasa saatlar yetərlidir ki, bu quldur dəstəsi bir an içində geri çəkilsin, məğlubiyyətə uğrasın".

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Trend-ə açıqlamasında bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır: "Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunu əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacağdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir".

Millət vəkili Könül Nurullayeva isə Trend-ə açıqlamasında qeyd edir ki, işğalçı ölkənin iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi olub. Çünki Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək, özünə haqq qazandırmağla çalışırdı. Halbuki Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı məhz Paşinyan hakimiyyətə gələndən 1 ay sonra baş verdi: "Son vaxtlar təmas xəttinə yaxın ərazilərə qüvvələrin cəmləşməsi, işğal altındakı ərazilərdə məqsədli şəkildə demoqrafik tərkibin dəyişdirilməsi siyasəri, işğalçı ölkə rəsmilərinin öz ampluasına uyğun şərtlər irəli sürərək, təxribatçı bəyanatlar səsləndirməsi siyasəti də bunu təsdiqləyir. Yeni müharibə cəhdi isə ilk növbədə danışıqlar prosesini pozmaq və bölgədə "status-kvo" vəziyyətini saxlamaq niyyətinə hesablanıb. Təbii ki, mövcud tendensiya Azərbaycana vəziyyətə adekvat tədbirlər görmək üçün tam əsas yaradır. Çünki rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, imitasiya naminə dialoq və danışıqlar formatının dəyişdirilməsi birmənalı şəkildə yolverilməzdir".

Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır like
  • 20 Sen 16:15  
Digərləri Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorin

arrow Ətraflı
Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz” like
  • 20 Sen 16:09  
Dünya Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”

ABŞ prezidenti Donald Tramp bildirib ki, elə fərman imzalayar ki,  rəqibi C

arrow Ətraflı
Özbəkistanın Baş nazirinin müavini koronavirusdan öldü like
  • 20 Sen 16:02  
Dünya Özbəkistanın Baş nazirinin müavini koronavirusdan öldü

Özbəkistan Baş Nazirinin müavini Uktam Barnoyev vəfat edib.

arrow Ətraflı
İranda koronavirusdan daha 183 nəfər öldü like
  • 20 Sen 15:56  
Dünya İranda koronavirusdan daha 183 nəfər öldü

İranda ötən sutka ərzində 3 097 nəfər koronavirusa (COVID 19) yoluxub.

arrow Ətraflı
"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr" like
  • 20 Sen 15:49  
Siyasət "Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr"

İşğalçı Ermənistan hökumətinin Azərbaycana qarşı ərazi iddiası, onu

arrow Ətraflı
Yunanıstan "Yanoş" ilə mübarizə aparır like
  • 20 Sen 15:43  
Dünya Yunanıstan "Yanoş" ilə mübarizə aparır

Yunanıstan "Yanoş" qasırğası ilə mübarizəni davam etdirir.

arrow Ətraflı
Bakıda pulları sağasola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar... like
  • 20 Sen 15:36  
Kriminal Bakıda pulları sağasola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar...

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda və hədə-qorxu i

arrow Ətraflı
146 yeni yoluxma, 154 nəfər sağaldı like
  • 20 Sen 15:30  
Digərləri 146 yeni yoluxma, 154 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yolu

arrow Ətraflı
Rusiyada daha 6148 nəfər koronavirusa yoluxdu like
  • 20 Sen 15:23  
Dünya Rusiyada daha 6148 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 6148 nəfər yeni növ koronavirusa (COVID-19)

arrow Ətraflı
Tehran ABŞın bəyanatını "qiyam" adlandırdı like
  • 20 Sen 15:10  
Dünya Tehran ABŞın bəyanatını "qiyam" adlandırdı

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın dünya ictimaiyyətini Tehrana q

arrow Ətraflı
Madonna ilə öpüşdüyü həmin səhnədən danışdı  FOTO like
  • 20 Sen 15:04  
Digərləri Madonna ilə öpüşdüyü həmin səhnədən danışdı FOTO

Dünyaca məşhur müğənni Kristina Agilera 2003-cü ildə "Mtv VMA"

arrow Ətraflı
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür like
  • 20 Sen 14:51  
Siyasət Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür

Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı

arrow Ətraflı
Oğlan övladı dünyaya gətirə bilmədiyi üçün boşanmağa məcbur edilən, like
  • 20 Sen 14:44  
Dünya Oğlan övladı dünyaya gətirə bilmədiyi üçün boşanmağa məcbur edilən,

Son İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci arvadı olan və oğlan uş

arrow Ətraflı
İşə gecikməmək üçün dəmir darvazanı sındırdı like
  • 20 Sen 14:31  
Digərləri İşə gecikməmək üçün dəmir darvazanı sındırdı

Hollivud ulduzu Duen Conson işə gedərkən çətin vəziyyətlə üzləşib.

arrow Ətraflı