Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”


Dünya 20 Sen 2020 16:09:00 161 0

Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”

ABŞ prezidenti Donald Tramp bildirib ki, elə fərman imzalayar ki,  rəqibi Co Bayden prezident ola bilməz.

Son.az musavat.com-a istinadən bildirir ki, Birləşmiş Ştatların dövlət başçısı Şimali Karolinada tərəfdarları qarşısında çıxışında belə bir zarafat edib.

Ağ Ev rəhbəri demokrat rəqibinin siyasi proqramını sərt şəkildə tənqid edərək onun ölkəni uçuruma aparacağını söyləyib. "Baydenin gündəliyi bizim iqtisadiyyatı dağıdacaq, ölkəni isə məhvə götürəcək", - Donald Tramp bildirib.

"Mən istəmirəm ki, insanların bizim prezidentə yazığı gəlsin. Bu oğlan bizə rəhbər ola bilməz. Deyirəm, bəlkə onun  bu vəzifəsini tutmasını qadağan edən fərman da imzalayım... İnsanlar ona yazığı gəldikləri üçün səs verəcəklər", - ABŞ prezidenti sərt üslubunu davam etdirib.

Donald Trampın iddiasına görə, demokratların əsl məqsədi, əslində, yaşlı Baydenin yerinə solçu vitse-prezident Kamala Harrisi dövlət başçısı postuna gətirməkdir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabr ayının 3-də keçiriləcək. Həmin gün ölkə prezidenti, vitse-prezident, Nümayəndələr palatasının bütün tərkibi, Senatın üçdə biri, 13 ştatın qubernatoru seçiləcək.