İşə gecikməmək üçün dəmir darvazanı sındırdı


Digərləri 20 Sen 2020 14:31:00 180 0

İşə gecikməmək üçün dəmir darvazanı sındırdı

Hollivud ulduzu Duen Conson işə gedərkən çətin vəziyyətlə üzləşib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor elektrik enerjisi təchizatında yaranan problemə görə evinin dəmir darvaza qapısını işə gecikməmək üçün sındırmalı olub. Bu barədə Conson İnstaqram səhifəsində yazıb:

"Güclü fırtınalara görə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Mən qapıları açmaq üçün hidravlik sistemi söndürməyə çalışdım. Adətən işıq olmayanda bu üsul işə yarayır, amma bu dəfə olmadı. Məcbur darvazanı əllərimlə itələyib, sındırmalı oldum".

Mili.Az