"Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir"


Siyasət 20 Sen 2020 14:25:00 70 0

"Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi

Son.az bildirir ki, bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev deyib.

İcma rəhbəri bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır: "Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində münaqişə ilə bağlı bütün suallara cavablar var. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunu əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacağdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir".

Tural Gəncəliyev qeyd edib ki, bu gün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar aparılmır: "Rəsmi Bakı bəyan edib ki, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir".

İcma rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərində islam mədəni irsimizə qarşı təhqiramız münasibət fonunda bəzi İslam ölkələrinin rəsmi Yerevana sərgilədiyi isti münasibətə də toxunub: "Biz Şuşada, Ağdamda və digər ərazilərimizdə məscidlərimizlə bağlı arzuolunmaz halların şahidi olmuşuq. Şuşanın 17 məhəlləsində 17 məscid olub. Bu gün Yuxarı Gövhər Ağa məscidindən başqa bütün məscidlər dağıdılıb. Yuxarı Gövhər Ağa məscidi də fars mədəniyyət mərkəzi kimi təqdim olunur. İşğal altında olan digər ərazilərimizdə olan məscidlərimiz də yerlə bir edilib. Bütün bunların fonunda islam ölkələrinin Yeravana isti münasibəti suallar doğurur. Əgər bu ölkələr islam dəyərlərinə sadiqdilərsə və islam dəyərlərinin qorunmasında səmimidirlərsə onda Qarabağda mövcud olmuş onlarla məscidin dağıdılmasına niyə səssiz qalırlar?"

İnsanları geyiminə görə qarşılayanlar... like
  • 20 Sen 14:18  
Digərləri İnsanları geyiminə görə qarşılayanlar...

Zirvəyə ya birlikdə çıxacağıq, ya da ki heç çıxa bilməyəcəyik.

arrow Ətraflı
Koronavirusa ən yüksək yoluxma halının qeydə alındığı daha bir ölkə Slovakiyadır like
  • 20 Sen 13:52  
Dünya Koronavirusa ən yüksək yoluxma halının qeydə alındığı daha bir ölkə Slovakiyadır

Slovakiyada pandemiya başlayandan artıq ikinci gündür ki, rekord sayda günd

arrow Ətraflı
Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı  FOTO like
  • 20 Sen 13:46  
Digərləri Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı FOTO

Bir vaxtlar neft gölməçələri və geniş zibilliklərin yerləşdiyi ərazil

arrow Ətraflı
Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir like
  • 20 Sen 13:39  
Digərləri Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir

Bu gündən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazi

arrow Ətraflı
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edildi like
  • 20 Sen 13:33  
Digərləri Bakıda mənzildə köməksiz qalan şəxs xilas edildi

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksi

arrow Ətraflı
Çeşmədə döyülən model koronavirusa yoluxdu like
  • 20 Sen 13:20  
Digərləri Çeşmədə döyülən model koronavirusa yoluxdu

İzmirin Çeşmə səmtində çimərliklərdən birində döyüldüyünü iddia

arrow Ətraflı
Ermənistanda 277 yeni yoluxma like
  • 20 Sen 13:13  
Dünya Ermənistanda 277 yeni yoluxma

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 47 431 nəf

arrow Ətraflı
Nurgül Yeşilçayın "həyat yoldaşı" o olacaq  FOTO like
  • 20 Sen 13:07  
Digərləri Nurgül Yeşilçayın "həyat yoldaşı" o olacaq FOTO

Baş rolunu Nurgül Yeşilçay ilə Mert Fıratın canlandıracağı "Kefar

arrow Ətraflı
Ukraynada koronavirusdan daha 41 nəfər öldü like
  • 20 Sen 13:00  
Dünya Ukraynada koronavirusdan daha 41 nəfər öldü

Ukraynada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 175 min nəfər

arrow Ətraflı
Bakı bulvarında intihar like
  • 20 Sen 12:47  
Digərləri Bakı bulvarında intihar

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
""Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı" like
  • 20 Sen 12:41  
Siyasət ""Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı"

26 il bundan qabaq 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan v

arrow Ətraflı
Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər like
  • 20 Sen 12:34  
Dünya Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər

Kirayəçilərinə, yolda qalan insanlara və öz qızlarına işgəncə verən,

arrow Ətraflı
Gürcüstanda yoluxma artır like
  • 20 Sen 12:28  
Dünya Gürcüstanda yoluxma artır

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 196 yolu

arrow Ətraflı