"Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq"


Siyasət 20 Sen 2020 13:26:00 90 0

"Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq"

İşğalçı ölkənin iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi olub. Çünki Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək, özünə haqq qazandırmağla çalışırdı. Halbuki Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı məhz Paşinyan hakimiyyətə gələndən 1 ay sonra baş verdi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Millət vəkili Könül Nurullayeva deyib.

Deputat bildirib ki, cəmiyyət isə yeni baş nazirin özünə haqq qazandırma siyasətini qəbul etməyərək, Sarkisyandan miras qalan problemlərin həllini tələb edirdi.

"Belə olan halda Paşinyan Tovuz istiqamətində revanş götürməyə çalışdı, lakin erməni ordusu bu dəfə də sarsıdıcı zərbələr alaraq geri oturduldu. Ardınca Paşinyan "qələbə" görüntüsü yaradaraq, real məğlubiyyəti ört-basdır etməyə çalışdı. Azərbaycan Prezidentinin ötən gün yerli jurnalistlərə müsahibəsində də söylədiyi kimi, söhbət hansı qələbədən gedə bilər?! Məntiqlə yanaşsaq, "qələbə qazanan" tərəf nə üçün dəstək məqsədi ilə hərbi təşkilata (KTMT) müraciət etdi? Dövlət başçısının da söylədiyi kimi, Ermənistan iyul təxribatını törətməklə həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərinin reaksiyasını yoxlayırdı. Ümumiyyətlə, görünən odur ki, pandemiya səbəbindən daha acınacaqlı duruma düşən Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Elə son vaxtlar təmas xəttinə yaxın ərazilərə qüvvələrin cəmləşməsi, işğal altındakı ərazilərdə məqsədli şəkildə demoqrafik tərkibin dəyişdirilməsi siyasəri, işğalçı ölkə rəsmilərinin öz ampluasına uyğun şərtlər irəli sürərək, təxribatçı bəyanatlar səsləndirməsi siyasəti də bunu təsdiqləyir. Yeni müharibə cəhdi isə ilk növbədə danışıqlar prosesini pozmaq və bölgədə "status-kvo" vəziyyətini saxlamaq niyyətinə hesablanıb. Təbii ki, mövcud tendensiya Azərbaycana vəziyyətə adekvat tədbirlər görmək üçün tam əsas yaradır. Çünki rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, imitasiya naminə dialoq və danışıqlar formatının dəyişdirilməsi birmənalı şəkildə yolverilməzdir.

Mümkün müharibənin nəticələrinə gəlincə, Paşinyanın növbəti revanş cəhdi, mövcud hərbi-iqtisadi "potensial"la müharibəyə başlamaq Ermənistana baha başa gələcək. Ümumiyyətlə, yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq".

Çeşmədə döyülən model koronavirusa yoluxdu like
  • 20 Sen 13:20  
Digərləri Çeşmədə döyülən model koronavirusa yoluxdu

İzmirin Çeşmə səmtində çimərliklərdən birində döyüldüyünü iddia

arrow Ətraflı
Ermənistanda 277 yeni yoluxma like
  • 20 Sen 13:13  
Dünya Ermənistanda 277 yeni yoluxma

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 47 431 nəf

arrow Ətraflı
Nurgül Yeşilçayın "həyat yoldaşı" o olacaq  FOTO like
  • 20 Sen 13:07  
Digərləri Nurgül Yeşilçayın "həyat yoldaşı" o olacaq FOTO

Baş rolunu Nurgül Yeşilçay ilə Mert Fıratın canlandıracağı "Kefar

arrow Ətraflı
Ukraynada koronavirusdan daha 41 nəfər öldü like
  • 20 Sen 13:00  
Dünya Ukraynada koronavirusdan daha 41 nəfər öldü

Ukraynada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 175 min nəfər

arrow Ətraflı
Bakı bulvarında intihar like
  • 20 Sen 12:47  
Digərləri Bakı bulvarında intihar

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
""Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı" like
  • 20 Sen 12:41  
Siyasət ""Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı"

26 il bundan qabaq 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan v

arrow Ətraflı
Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər like
  • 20 Sen 12:34  
Dünya Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər

Kirayəçilərinə, yolda qalan insanlara və öz qızlarına işgəncə verən,

arrow Ətraflı
Gürcüstanda yoluxma artır like
  • 20 Sen 12:28  
Dünya Gürcüstanda yoluxma artır

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 196 yolu

arrow Ətraflı
Güclü yağış, külək olacaq, dolu düşəcək like
  • 20 Sen 12:21  
Digərləri Güclü yağış, külək olacaq, dolu düşəcək

Azərbaycanda sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Vətəndaşları narazı salan "xırda məmurlar"  Get filan vaxt gələrsən... like
  • 20 Sen 12:08  
Digərləri Vətəndaşları narazı salan "xırda məmurlar" Get filan vaxt gələrsən...

Ölkəmizdə korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və

arrow Ətraflı
"Metro yenidən bağlana bilər, əgər..."  VİDEO like
  • 20 Sen 12:02  
Digərləri "Metro yenidən bağlana bilər, əgər..." VİDEO

Bakı Metropolitenində əsas tələblərə riayət edilməməsi onun yenidən b

arrow Ətraflı
Fahriye eynən anasına bənzəyir  FOTO like
  • 20 Sen 11:55  
Digərləri Fahriye eynən anasına bənzəyir FOTO

Türkiyəli aktrisa Fahriye Evcenin anasının gənclik illərində çəkilən 

arrow Ətraflı
Ağdamda ermənilər tərəfindən öldürülən 76 yaşlı sakinin evi yenidən tikilir  FOTO like
  • 20 Sen 11:49  
Digərləri Ağdamda ermənilər tərəfindən öldürülən 76 yaşlı sakinin evi yenidən tikilir FOTO

Bu ilin iyul ayında ermənilərin Tovuzun Ağdam kəndini atəşə tutmaları n

arrow Ətraflı
Britaniyada bir gündə koronavirusa 4 422 yeni yoluxma, 27 ölüm like
  • 20 Sen 11:42  
Dünya Britaniyada bir gündə koronavirusa 4 422 yeni yoluxma, 27 ölüm

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4

arrow Ətraflı
Estoniya prezidenti küçələrdə siqaret kötükləri topladı like
  • 20 Sen 11:36  
Dünya Estoniya prezidenti küçələrdə siqaret kötükləri topladı

Estoniya Respublikasının prezidenti Kersti Kalyulayd ölkənin Pyarnu şəhər

arrow Ətraflı