Ukraynada koronavirusdan daha 41 nəfər öldü


Dünya 20 Sen 2020 13:00:00 133 0

Ukraynada koronavirusdan daha 41 nəfər öldü

Ukraynada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 175 min nəfəri ötüb.

Son.az bildirir ki, APA-nın pandemiyanın yayılması ilə bağlı Ukraynanın monitorinq sisteminə istinadən verdiyi məlumata görə, bu gün səhərə ölkədə koronavirusa yoluxanların sayı 175 min 678 nəfərə çatıb.

Ötən sutka ərzində daha 2966 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb, 41 nəfər ölüb. Bununla da Ukraynada COVİD-19-a yoluxma nəticəsində ölənlərin sayı 3557 nəfər olub.