"Metro yenidən bağlana bilər, əgər..." VİDEO


Digərləri 20 Sen 2020 12:02:00 166 0

"Metro yenidən bağlana bilər, əgər..."  VİDEO

Bakı Metropolitenində əsas tələblərə riayət edilməməsi onun yenidən bağlanmasına səbəb ola bilər.

Son.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında deyib.

O bildirib ki, metropolitendə əsas tələblər tibbi maskanın taxılması və sosial məsafənin qorunmasıdır:

"Xüsusən tibbi maska sərnişinlərdən stansiyaya girişdə tələb olunur. Lakin stansiya platformalarında, əsasən də qatarlarda sərnişinlərin bir sıra hallarda bu qaydalara riayət etməməsi ilə rastlaşılır. Bu hal isə metronun yenidən bağlanmasına gətirib çıxara bilər".

Bəxtiyar Məmmədov bu prosesdə vətəndaşların sosial məsuliyyət daşıdıqlarını deyib.

Qurum rəsmisi qeyd edib ki, bu cür halların baş verməməsi üçün təkcə platformalarda deyil, qatarlara minərkən də maskalar təyinatına uyğun taxılmalıdır.