Ağdamda ermənilər tərəfindən öldürülən 76 yaşlı sakinin evi yenidən tikilir FOTO


Digərləri 20 Sen 2020 11:49:00 217 0

Ağdamda ermənilər tərəfindən öldürülən 76 yaşlı sakinin evi yenidən tikilir  FOTO

Bu ilin iyul ayında ermənilərin Tovuzun Ağdam kəndini atəşə tutmaları nəticəsində zərər görən bütün fərdi yaşayış evlərinin ölkə rəhbərliyinin göstərişi ilə təmir-tikintisinə başlanılıb.

Xatırladaq ki, Tovuz hadisələri zamanı ermənilərin fərdi yaşayış evlərini atəşə tutması nəticəsində Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov yaşadığı evdə dünyasını dəyişmişdi.

Həmçinin həmin hadisə zamanı Əziz Əzizovun evi də yarasız vəziyyətə düşmüşdü. Hazırda həmin ev sökülərək, yerində yenisi inşa edilir.

Son.az musavat.com-a istinadən Tovuzdan çəkilən görüntüləri təqdim edir.