Ağdamda avtomobil piyadanı vuraraq öldürdü


Digərləri 20 Sen 2020 11:23:00 204 0

Ağdamda avtomobil piyadanı vuraraq öldürdü

Ağdamda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qərvənd kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Zamiq Məhərrəm oğlu yolu keçmək istəyərkən "Mercedes" markalı minik avtomobili onu vurub.

Ağır xəsarətlər alan Z.Əliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.