Porsche 718 ailəsinin dinamik göstəriciləri açıqlanıb FOTO


Digərləri 19 Sen 2020 23:30:00 156 0

Porsche 718 ailəsinin dinamik göstəriciləri açıqlanıb  FOTO

Porsche 718 ailəsinin top təmsilçilərinin altı pilləli mexaniki ötürmələr qutusuna alternativ olaraq yeddi pilləli "robot" ilə təchiz ediləcəyi fevral ayında məlum olmuşdu. İyun ayında istehsalçı yenilənmiş Cayman və Boxster modellərini təqdim edərək, bunu rəsmi olaraq təsdiqləyib. İndi isə, alman markası detalları açıqlamaq qərarına gəlib.

Son.az autograph.az-a istinadən bildirir ki, söz verdiyimiz kimi, PDK tranmissiyası ilə təchiz edilmiş idman avtomobillərini daha yeyin olublar: indi bütün versiyaların 100 km/saata sürətlənməsinə 0,5 saniyə daha az vaxt sərf olunur. Məsələn, 400 at qüvvəli GTS 4.0 versiyasından olan kupe və rodsterlər 100 km/saat həddinə 4 saniyəyə, 420 at qüvvəli Cayman GT4 və Boxster Spyder modelləri isə 3,9 saniyəyə sürətlənirlər.

Bundan başqa, Porsche 718 modellərinin təchiz edildiyi özükilidlənən differensialı da təkmilləşdirilib. 400 at gücündə idman avtomobillərinin standart təchizatına Sport Chrono paketini də daxil ediblər. 420 at qüvvəli modellər üçün isə, yeni Python Green kuzov rəngi və Porsche 911 GT3 modelinin üslubunda selektor təklif edilir. Rodsterlər üçün yeni təkər diskləri də hazırlanıb.