Paroksizmal taxikardiya və növləri


Digərləri 19 Sen 2020 22:10:00 158 0

Paroksizmal taxikardiya və növləri

Paroksizmal taxikardiya qəflətən başlayan və qəflətən qurtaran ürək vurğularının sayının dəqiqədə 140-250-yə çatmasıdır.Proksizmal taxikardiya düzgün ritm saxlanması ilə gedən ürəkdöyünmə tutmalarıdır. Ürəkdöyünmənin mexanizmi: 1 Oyanma dalğasının təkrar daxil olması və dövri hərəkəti 2 Ürəyin keçirici sisteminin ektopik mərkəzlərinin hüceyrələrinin avtomexanizminin artması Paroksizmal taxikardiyanın əmələ gəlmə səbəblərinə aşağıdakı xəstəliklər aiddir: - kəskin miokard infarktı,miokarditlər,kardiopatiyalar,ürək qüsurları - ürək əzələsinin müxtəlif xəstəlikləri - əlavə anormal keçirici yolların olması - qabarıq vegetativ-humoral pozğunluq - vissero-kardial reflekslərin və mexaniki təsirlərin olması(mitral qapağın prolapsı,bitişmələr) 1 Qulaqcıq paroksizmal taxikardiyası Bu zaman patoloji impulsların mənbəyi qulaqcıqlarda yerləşir və aşağıdakı səbəblərdən baş verir: - idiopatik forma stenokardiya - kəllə travması - öd daşı xəstəliyi - kəskin miokard infarktı - arterial hipertenziya - ürəyin revmatik qüsuru və s. Qulaqcıq paroksizmal taxikardiyasına diaqnozun qoyulmasında EKQ-nin nəticələri əsas götürülür.Qulaqcıq taxikardiyanın əlamətləri aşağıdakılardır: * qəflətən başlayan və qəflətən qurtaran,düzgün ritm ilə gedən ürək döyünmə tutmaları * mədəcik kompleksindən azalmış,deformasiya olunmuş,ikifazalı və ya mənfi P dişinin olması * bəzi hallarda arteriya venalarının keçiriciliyinin zəifləməsi və s. 2 Atrioventrikulyar paroksizmal taxikardiya Düzgün ritm saxlanılması ilə gedir,qəflətən başlayır və qəflətən qurtarır.Bu zaman ürək 1 dəqiqədə 140-220-ə qədər qalxan tutma şəklində döyünür. 3 Mədəcik taxikardiyası Əmələ gəlməsində miokardda və ya mədəciklərin keçirici sistemində oyanma dalğasının dövri hərəkəti əsas rol oynayır.Mədəcik taxikardiyası kəskin miokard infarktında,xroniki ürəyin işemik xəstəliyində,miokarditdə,kardiomiopatiyalarda meydana çıxır.