Qanlı göz yaşları


Digərləri 19 Sen 2020 19:35:00 203 0

Qanlı göz yaşları

Bu xəstəliyin tibbi adı hemolakriyadır. Xəstəlik dünyada baş verən nadir xəstəliklərdən biridir. Hemolakriyanın əsas əlaməti gözlərdən yaş yerinə qan gəlməsidir. Qanlı göz yaşının gəlməsi gün ərzində 1-20 dəfə baş verə bilir. Gözdən yaş yerinə qan gəlməsinin səbəbi müxtəlif növ şişlər, gözün bəzi xəstlikəri ola bilər deyə mütəxəssislər araşdırmalar aparırlar. Lakin tam sağlam adam da bu əlamətin ortaya çıxması onların fikirlərini qarışdırır. Xəstəlik ən çox yeniyetmə və cavan şəxslərdə özünü biruzə verir. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Qadınlarda qanlı göz yaşının gəlməsi, aybaşı vaxtına təsadüf etdiyinə görə mütəxəsisslər onu endometriozla əlaqələndirirlər. 1991-ci ildə 125 könüllü üzərində gizli araşdırmalar aparılmışdır. Araşdırmaların nəticələrinə görə 18% doğmaq qabiliyyəti olan qadınların, 7% hamilələrin və 8% kişilərin göz yaşında qan heceyrələrinə rast gəlınmişdir.