Maserati GranTurismo modelinin yeni nəsli 2021ci ildə debüt edəcək


Digərləri 19 Sen 2020 19:30:00 151 0

Maserati GranTurismo modelinin yeni nəsli 2021ci ildə debüt edəcək

Fiat Chrysler Automobiles konserni Maserati markasının canlanmasına böyük sərmayə qoyur: 2024-cü ilin sonuna qədər italyan markası 13 yeni model təqdim edəcəkdir. Bunlardan birincisi, bir neçə gün əvvəl artıq təqdim edilmiş MC20 superkarı və 2021-ci ildə Masreati model xəttinə qoşulacaq Grecale krossoveridir. Lakin, gələn ilk Maserati Grecale debüt edən yeganə yeni model olmayacaq - 2021-ci ildə yeni nəsil GranTurismo modeli də işıq üzü görməlidir.

Hələlik istehsalçı dəbdəbəli qrand turizmonun yalnız siluetini əks etdirən tizeri nümayiş etdirib və onun təqdimatının gələn ilə planlaşdırıldığını təsdiqləyib. Eyni zamanda, pandemiyadan əvvəl, bu ilin fevral ayında Maserati, yeni GranTurismo və GranCabrio modellərinin istehsalının modernləşdirilməsinə 800 milyon avro sərmayə qoyduğu Mirafiori zavodunda təşkil ediləcəyini bildirmişdi.

Həmin zaman, italyan istehsalçısı GranTurismo və GranCabrio modellərinin elektrik güc qurğusunu alacaq ilk Maserati avtomobilləri olacağını da bəyan etmişdi. Yenilənmiş məlumatlara görə, elektrik güc qurğusu ilə, MC20 və Grecale də daxil olmaqla, markanın bütün modelləri təchiz ediləcəkdirlər. "Yaşıl" modifikasiyalar DYM olan versiyalardan təxminən bir il sonra debüt edəcəkdirlər.

Əvvəlki nəsil GranTurismo və GranCabrio modellərinin buraxılışına 2019-cu ilin noyabrında son verilib. Sonuncu inşa edilmiş kupe Zeda "vida" versiyasından olub. Standart modellər kimi, son versiya da 460 at qüvvəli 4.7-litrlik V8 mühərriki ilə təchiz edilmişdi.