Pakistanlı senator: "Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir"


Siyasət 19 Sen 2020 17:27:00 165 0

Pakistanlı senator: "Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir"

Azərbaycan bayrağı Pakistan ordusu və bütün Pakistan üçün Pakistan bayrağı qədər müqəddəsdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan Televiziyasının "Hədəf" proqramında Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid deyib.

Senator bildirib: "Ona görə də biz həmişə sizin bayrağınızı öz bayrağımız kimi qorumağa, sizin şərəfinizi öz şərəfimiz, sizin ərazi bütövlüyünüzü öz ərazi bütövlüyümüz kimi dəstəkləməyə hazırıq!".

M.H.Seyyid daha sonra iki ölkə arasındakı əlaqələrdən, perspektivlərdən danışıb.

Senatorun Pakistan-Azərbaycan əlaqələrinə dair fikirlərinə daha geniş şəkildə "Hədəf"in 19 sentyabr saat 21:00-da yayımlanacaq buraxılışında baxa bilərsiniz.

"Hədəf" proqramına bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=8VW1bpZ1YU0

https://www.instagram.com/aztvresmi/?hl=ru http://www.aztv.az/az/ https://www.facebook.com/aztvresmi https://twitter.com/aztvresmi https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi - Trend.az