Azərbaycan neftinin qiymətləri dəyişdi
Digərləri 19 Sen 2020 16:34:00 154 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 43,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.
Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,49 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur.
Mənbə: milli.az