Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək


Digərləri 19 Sen 2020 16:02:00 128 0

Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Son.az APA-ya istinadən bildirir ki, təxliyə olunacaq şəxslər sabah Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər. 

Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaqlar. 

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.