"04"lə piyadanı vurdu FOTO


Digərləri 19 Sen 2020 16:08:00 161 0

"04"lə piyadanı vurdu  FOTO

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı "VAZ-2104" markalı avtomobil ilə Veravul kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanovu vurub.

Çoxsaylı sınıq xəsarətləri alan piyadanı sürücü özü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.