Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb?


Siyasət 19 Sen 2020 15:36:00 153 0

Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb?

Sosial şəbəkələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının türkiyəli əlaqələndirici zabiti, 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

O bildirib ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk:

"Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir".