Ermənistanda 244 yeni yoluxma


Dünya 19 Sen 2020 12:41:00 125 0

Ermənistanda 244 yeni yoluxma

Ermənistanda son sutka ərzində 244 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 47 154 nəfərə çatıb.

Son sutkada koronavirusdan daha 2 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 928 nəfərə çatıb.