Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı
Digərləri 19 Sen 2020 10:14:00 147 0
"Akvamen" filmində əsas rolun ifaçısı, məşhur amerikalı aktyor Ceyson Mamoa səhrada köməksiz vəziyyətdə qalıb.
Son.az oxu.az-a istinadən xəbər verir ki,növbəti filmin çəkilişinə gedən aktyorun avtomobili yolda xarab olub.
Səhralıq ərazidə susuz və qidasız qalan aktyor internet vasitəsi ilə pərəstişkarlarına müraciət edib.
"Çoxlu su göndərin. Bura çox istidir", - deyə aktyor canlı bağlantı zamanı söyləyib.
Pərəstişkarları dərhal aktyorun müraciətinə reaksiya veriblər.
Mənbə: milli.az