Gələn həftə Azərbaycana payız gələcək


Digərləri 19 Sen 2020 09:58:00 163 0

Gələn həftə Azərbaycana payız gələcək

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq.

Son.az bildirir ki, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.