Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb


Digərləri 19 Sen 2020 09:49:00 134 0

Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 22,99 faiz azalaraq 8,97 milyon dollar təşkil edib.

Son.az bildirir ki, bunu Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabata əsasən, avqust ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin avqustu ilə müqayisədə 32,01 faiz azalıb və 827 min dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz azalaraq 856,473 milyon dollar təşkil edib.

Dəri məmulatları ixracı hesabat dövründə Türkiyənin ümumi ixracının 0,8 faizini təşkil edib.

Son 12 ay ərzində (avqust 2019 - avqust 2020) Türkiyə 1,39 milyard manat məbləğində dəri məmulatı ixrac edib.