Fransada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb


Dünya 19 Sen 2020 08:53:00 144 0

Fransada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Fransada son sutka ərzində 13215 koronavirusa yoluxma qeydə alınıb ki, bu göstərici record həddi keçib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirus epidemiyası başlayandan bəri 428 mindən çox yoluxma hadisəsi baş verib.

Son 24 satt ərzində 123 nəfər ölüb. Ümumi ölüm sayı 31249 nəfərdir.

Son bir həftə ərzində 3626 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 571 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.