Çində peyvənd labaratoriyasına qaz sızdı, minlərlə insan bakteriyaya yoluxdu


Dünya 19 Sen 2020 08:41:00 116 0

Çində peyvənd labaratoriyasına qaz sızdı, minlərlə insan bakteriyaya yoluxdu

Çində heyvanlar üçün peyvənd istehsal edən müəssisədə qaz sızması nəticəsində minlərlə insan bakterial xəstəliyə yoluxub.

"Daily Mail" tibb işçilərinə istinadla xəbər verir ki, 2,9 milyon əhalisi olan Lançjouda 3 245 nəfər burselyoz xəstəliyinə tutulub.

Sözügedən şirkətin peyvənd istehsalı lisenziyası ləğv edilib.

Zərərçəkənlərə oktyabr ayına qədər təzminat ödənəcəyi bildirilib.