İçki məclislərində koronavirusa yoluxma daha çox qeydə alınır


Dünya 19 Sen 2020 08:31:00 119 0

İçki məclislərində koronavirusa yoluxma daha çox qeydə alınır

Estoniya hökuməti koronavirusa yoluxma hallarının artması ilə əlaqədar spirtli içki satışına məhdudiyyət tətbiq etmək qərarına gəlib.

Son.az oxu.az-a istinadən bildirir ki, Estoniya ərazisində məhdudlaşdırma 26 sentyabrdan 24 oktyabr tarixinə qədər tətbiq olunacaq.

Spirtli içkilərin satışına qadağa gecə saat 00:00-dan səhər saat 10:00-a qədər qüvvədə olacaq.

Hökumət rəsmilərinin apardığı araşdırma nəticəsində məlum olub ki, Estoniyada COVID-19 virusuna yoluxma xüsusilə əyləncə məclislərində daha çox qeydə alınır.