Onkoloji xəstəliklərə şəfa meyvə tapıldı


Digərləri 18 Sen 2020 23:00:00 231 0

Onkoloji xəstəliklərə şəfa meyvə tapıldı

Sitrus meyvələri içində az tanınan kumkvat adlı dekorativ mandarin və ya qızıl portağal kimi tanınan meyvə şişlərin böyüməsinin və metastazın qarşısını alır.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bunu türkiyəli həkimlər bildirib.

Kimkvat həzm sistemini tənzimləyir, sümükləri möhkəmləndirir.

Tərkibində olan flavanoidlər orqanizmi kanserogen maddələrin təsirindən qoruyur, şiş hüceyrələrini oyanmağa qoymur.

Yüksək kalsium qocalmanın qarşısını alır, sümük sistemini bərkidir, dərini cavanlaşdırır.

Meyvəni qabığı ilə birgə yemək lazımdır.