Sentyabrın 21dən bu ölkədə yeni məhdudiyyətlər qüvvəyə minəcək


Dünya 18 Sen 2020 23:05:00 173 0

Sentyabrın 21dən bu ölkədə yeni məhdudiyyətlər qüvvəyə minəcək

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Avstriya hökuməti bir sıra yeni məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 21-dən etibarən ölkə üzrə qapalı məkanlarda keçirilən bütün fərdi görüş və yığıncaqlarda iştirakçı sayı 10 nəfərlə məhdudlaşdırılır. Qeyd edilib ki, fərdi mənzillərdə olan yığıncaqlarla bağlı bu qərar yalnız tövsiyə xarakteri daşıyır. Bu məsələdə əhalinin fərdi məsuliyyət hissi önəmli rol oynayır.

Qastronomiya obyektlərinə daxil olan müştərilər onlar üçün ayrılmış masayadək maska taxmalı və öz masalarından kənarda heç nə sifariş etməməlidirlər. Eləcə də bir masa ətrafında əyləşən müştərilərin sayı 10 nəfərdən artıq ola bilməz.

Gələn həftədən etibarən açıq havada təşkil ediləcək bazar və yarmarkalarda da maskadan istifadə məcburi olacaqdır.