Azərbaycan gəncləri BMTnin strateji sənədinin hazırlanmasına kömək edir FOTO


Digərləri 18 Sen 2020 19:23:00 145 0

Azərbaycan gəncləri BMTnin strateji sənədinin hazırlanmasına kömək edir  FOTO

Azərbaycan Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyi BMT 75 təşəbbüsü çərçivəsində növbəti mövzu - gender bərabərliyinə həsr olunmuş dialoq təşkil edib. Onlayn formatda təşkil edilmiş tədbir fəal gənclər, o cümlədən fiziki məhdudiyyətli şəxslərin iştirakı ilə baş tutub.

Fonddan Son.az-a bildirilib ki, tədbir zamanı gender bərabərliyinin insan hüquqlarına yüksək hörmətin ifadə olduğu vurğulanıb. Bu mövzunun aktuallığını və vacibliyini önə çəkən görüş iştirakçıları gender bərabərliyi uğrunda hərəkatın ötən əsrin ikinci yarısından etibarən başlayaraq, bütün dünyanı əhatə etdiyini, bu gün də Azərbaycanda gender bərabərliyinin təmini üçün dövlət tərəfindən hərtərəfli addımların atıldığını qeyd ediblər.

İştirakçılar bu mövzuda hər bir fərdin diqqət etməli olduğu məqamları bildirib, gender bərabərliyinin qorunması və təbliğatı üçün öz təkliflərini irəli sürüblər.

Qeyd edək ki, bu dialoqlar zamanı səslənən fikir və təkliflər BMT 75 prosesinin hədəflərindən biri olan "Baxış 2045" (Vision 2045) qlobal sənədinin hazırlanmasına töhfə olacaqdır. Bu görüşlərlə yanaşı, BMT75 çərçivəsində başlanmış qlobal sorğuda da iştirak edərək, hər kəs gələcəyə dair öz rəy və təkliflərini bildirə bilər: https://un75.online/?lang=aze.