Baş İdarə Milli Musiqi Günü münasibətilə yeni VİDEOçarxı təqdim edir


Kriminal 18 Sen 2020 19:56:00 157 0

Baş İdarə Milli Musiqi Günü münasibətilə yeni VİDEOçarxı təqdim edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində olan Bakı Kamera Orkestri, Bakı Uşaq və Gənclər Teatrının iştirakı ilə bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən unudulmaz şəxsiyyət - dahi Üzeyir bəy Hacıbəylinin doğum günü qeyd edilən Milli Musiqi Gününə həsr olunmuş yeni videoçarx təqdim edir.

Videoçarx "Light in Black" şirkəti tərəfindən çəkilib.

Dahi bəstəkarın "Arazbarı" əsərinin sədaları altında xalqımızı bu bayram münasibəti ilə təbrik edirik. Üzeyir Hacıbəyli yaradıcılığına xas, folklorumuzdan irəli gələn nikbinlik, ruh yüksəkliyi ilə dolu musiqi isə qəlblərə inam gətirir və klip bəstəkarın ucsuz-bucaqsız səmaya, Tanrıya yönələn baxışları, ahəstə, eyni zamanda torpaqdan güc alan addımları ilə bitir.    Qısa zamana sığan, rəmzlərlə dolu videoçarx isə milli mədəni irsimizin bir hissəsi olan musiqimizin ölməz klassikinin ruhuna ehtiramımızın ifadəsidir. 

https://www.youtube.com/watch?v=36eecUjyv88