16 nömrəli Uşaq Musiqi Məktəbi təmirdən sonra açıldı FOTO


Kriminal 18 Sen 2020 18:43:00 270 0

16 nömrəli Uşaq Musiqi Məktəbi təmirdən sonra açıldı  FOTO

Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı olub. 

Mədəniyyət Nazirliyindən Son.az-a verilən xəbərə görə, mərasimdə iştirak edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov öncə məktəbin fəaliyyəti haqqında məlumatın yer aldığı və milli musiqi alətlərimizin nümayiş olunduğu stendlə tanış olub.

A.Kərimov məktəbin əsaslı təmirdən sonra açılışının məhz Milli Musiqi Günündə keçirilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırıb və kollektivi təbrik edib.

Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib və məktəbin sinif otaqlarına baxış keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri barədə Mədəniyyət nazirinin birinci müavininə məlumat verib. 

Mərasimdə müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edilib.