Nazirlik: Meşələrdə yanğın halları azalıb


Digərləri 18 Sen 2020 19:06:00 170 0

Nazirlik: Meşələrdə yanğın halları azalıb

Keçən il meşə fonduna aid olan 513 hektar sahədə yanğın baş verdiyi halda, bu il görülən qabaqlayıcı tədbirlər sayəsində 25 hektar sahə yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, yanğınlarla birgə ETSN və Fövqəladə Hallar Nazirliyinin birgə iş planı var: "Yanğınlar əsasən, əkin və biçin aylarında baş verir. Əkin sahələrinin biçindən sonra yandırılması meşələrə ziyan vurur. Bu il 31 yanğın hadisəsi baş verib. Onların meşələrə keçməsinin qarşısı alınlıb".

N.Xıdırov əlavə edib ki, müvafiq orqanlara təqdim edilən Milli Meşə Proqramının yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir.