Açıq havada “Sara” tamaşasının premyerası olub


Kriminal 18 Sen 2020 19:08:00 197 0

Açıq havada “Sara” tamaşasının premyerası olub

Sentyabr 18-də Şamaxıda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi "Sara" adlı yeni tamaşanın premyerası baş tutub.

Son.az APA-ya istinadən bildirir ki, tamaşa "Apardı sellər Saranı" dastanının motivləri əsasında hazırlanıb. 

Tamaşa Azərbaycanda ilk dəfə olaraq canlı dekorasiyadan istifadə edilərək nümayiş olunub və nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib. 

Aktyorlar tamaşanı məkan olaraq tarixi abidələr sayılan Kələxana türbələrində oynayıblar. 

Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb. Tamaşa boyu şərt və tələblərə əməl olunub.