Bir əsr yaşı olan bu avtomobilin qiyməti 200 min manatdır VİDEO FOTO


Digərləri 18 Sen 2020 18:33:00 172 0

Bir əsr yaşı olan bu avtomobilin qiyməti 200 min manatdır  VİDEO  FOTO

Bu dəfə Bakının küçələrini bahalı, fərqli görünüşlü müasir avtomobillər yox, hər biri ayrı dövrdən gələn retro maşınlar bəzəyib. Son.az bildirir ki, ARB TV-də mövzu ilə bağlı maraqlı süjet yayımlanıb. Müasir avtomobillərin əcdadı sayılan bu maşınların sahibləri elə özlərinin təsis etdiyi retro klubda bir araya gəliblər. Retro maşın həvəskarlarının üzv olduğu klubda müxtəlif yaşda və markada avtomobillər var. Kolleksiyanın ən yaşlı nümayəndəsi isə Ford-A modelidir. 1931-ci il istehsalı olan bu avtomobildən Azərbaycanda yalnız bir ədəddir  ki, bunun da qiyməti 200 min manata qədərdir. Fətəli Umudlu - Retro maşın həvəskarı: "10 il əvvəl Amerikadan gətirilib. Maşın 1965-ci ildə restavrasiya olunub. 3-3 motor, 8 silindir, sürət qutusu avtomatdır". Retro klubun daha bir maraqlı üzvü isə Bakının küçələrində nadir rastlaşdığımız Volga Gaz-24 markalı avtomobildir. 1982-ci il istehsalı olan bu maşının bütün ehtiyat hissələri özününküdür. Bəxtiyar Nəbiyev - Retro maşın həvəskarı: "Əsas fərq ondan ibarətdir ki, müasir maşınlarda injektor sistemidir, bunda karbürator. Ümumiyyətlə, mühərrikin at gücündə də fərq var. O dövrlərdə 2400 kubluq avtomobilin mühərriki olurdu 80-90 at gücündə, indi 2400 kubluq mühərriklərdə at gücü hətta 170-i də keçir". Həvəskarlardan avtomobilini orijinal görünüşdə saxlayanlarla yanaşı, əsas görünüşünü qorumaq şərti ilə müasir detallarla yeniləyənlər də var. Yusif  Cavadzadə - Retro maşın həvəskarı: "Maşın artıq 4 ildir məndədir. 1991-ci ilindir, VAZ 21-06-dır, 03 mühərrikdir, 65 at gücündədir. Son 4 ildə maşının çox şeyi dəyişilib. Öz istəyimizə uyğun yığılıb". Zaur Həsənov - Retro maşın həvəskarı: "Məndə uşaqlıqdan həvəs yaranıb. 2 ildir bu maşın məndədir. "VAZ 21-0 modelidir. Restavrasiya görüb, təzə rənglənib". Özündə ötən əsrin rəngini, tarixini yaşadan bu maşınlar sərgilərə, fotosesiyalara, klip çəkilişlərinə də təklif alır. Sənan Səmədov - Retro maşın həvəskarı: "Biz sürüşlərdə sırf Moskviçləri təmsil edirik: Festivallarda, çəkilişlərdə klip çəkilişləridə, film çəkilişlərində. Burada 21-40, Konbin, Moskviç - 408, 401-də var". Maşınların bir hisssəsi sifarişlə xaricdən gətirilib, bir hissəsi isə gənclərə ata və babalarından yadigardır. Bir zamanlar xüsusilə varlı, vəzifəli şəxslərin idarə etdiyi "Volqa", "GAZ" , "Lada" markaları indi nə qədər köhnəlsə də, görünüşü ilə yanaşı, üzərinə hopan tarixi ilə daim seçilir.

Son.az