"O adamlar gözləyirdi ki, Tofiq Yaqublu ölsün və ölkədə ara qarışsın" Partiya sədri


Digərləri 18 Sen 2020 17:52:00 165 0

"O adamlar gözləyirdi ki, Tofiq Yaqublu ölsün və ölkədə ara qarışsın"  Partiya sədri

Xəbər verdiyimiz kimi, bu gün Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib.

Məhkəmənin nəticəsi olaraq Tofiq Yaqublu bu gün ev dustaqlığına buraxılıb.

Məhkəmənin bu qərarını necə qiymətləndirmək olar?

Son.az azxeber.com-a istinadən bildirir ki, bu sualla Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğluna müraciət etib. O, açıqlamasında bu addımı dövlətin atdığı ən düzgün addım adlandırıb:

"Bu hakimiyyətin və ölkə başçısının atdığı ən düzgün addımdır. İndiki halda Tofiq Yaqublunun həbsdə qalması, onun sağlamlığının risk altında saxlanılması heç kimə lazım deyil. Hökümət bir kurs seçib, iqtidar-müxalifət yaxınlaşması. Bu cürə addımlar atılmalıdır ki, ölkədə olan gərginlik aradan qaldırılsıln. İctimai rəy hər zaman nəzərə alınmalıdır. Mən bu addımı alqışlayıram".