Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olunub


Dünya 18 Sen 2020 17:11:00 141 0

Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olunub

"Rusiya kommunistləri" partiyası SSRİ-nin rəhbərlərindən biri Leonid Brejnevin Nobel sülh mükafatına namizədliyini irəli sürmək üçün müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, partiya mükafatın alınması ilə bağlı hazırkı qaydaların dəyişdirilməsini təklif edib. Qeyd edək ki, mövcud qaydalara görə, mükafatı yalnız həyatda olan şəxslər ala bilər.

Müraciətdə qeyd olunur ki, L.Brejnev nüvə silahının azaldılması, Helsinki sazişi, AFR və ADR-in qarşılıqlı tanınması kimi məsələlərdə böyük rol oynayıb.

L.Brejnev 1966-cı ildən 1982-ci ilədək SSRİ-nin rəhbəri olub.