Meşələrdə quraşdırılan kameraların sayı artırılacaq


Digərləri 18 Sen 2020 16:58:00 180 0

Meşələrdə quraşdırılan kameraların sayı artırılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, əsasən, Oğuz-Şəki zonasındakı meşələrdə müşahidə kameraları quraşdırılıb. Belə kameraların sayının daha da artırılması nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, müşahidə kameraları meşələrin daha yaxşı mühafizə olunmasına yardım edir.