Bu il 21 meşə mühafizəsi işçisi işdən çıxarılıb


Digərləri 18 Sen 2020 16:31:59 192 0

Bu il 21 meşə mühafizəsi işçisi işdən çıxarılıb

Bu il 21 nəfər meşə gözətçisi və digər meşə mühafisəsi işçiləri- director, meşəbəyi, meşəbəyi köməkçisi vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işdən kənarlaşdırılıb.

Son.az Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, 221 iş hüquq-mühafizə orqanlarına göndərilib. N.Xıdırov əlavə edib ki, meşə fondu ərazilərinin özəlləşdirilməsinə yol verilmir. Bu ərazilər dövlətin mülkiyyəti hesab edilir.