“Çıraqqala” abidəsinə meşənin içindən piyadalar üçün yol salınıb


Digərləri 18 Sen 2020 16:35:43 148 0

“Çıraqqala” abidəsinə meşənin içindən piyadalar üçün yol salınıb

Şabran rayonu ərazisində yerləşən "Çıraqqala" abidəsin 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılıb.

Son.az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.

Onun sözlərinə görə, həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub:

"Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid "Çıraqqala" abidəsində bərpa işlərinə ötən il başlanılıb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılmışdır.