Sürətlə manevr qaydasını pozan "09" döngədə "BMW" ilə toqquşdu VİDEO


Digərləri 18 Sen 2020 15:41:00 139 0

Sürətlə manevr qaydasını pozan "09" döngədə "BMW" ilə toqquşdu  VİDEO

Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın İsmayıl Dağıstanlı küçəsində baş verib. "VAZ 2109" markalı avtomobilin sürücüsü sərt döngədə sürətlə hərəkət edir. Bu zaman qarşı tərəfdən gələn "BMW" markalı avtomobil ilə toqquşur.

Hadisəyə səbəb "VAZ" sürücüsünün yüksək sürət və düzgün manevr etməməsi olub. Eyni zamanda yolun hərəkət hissəsində park edən digər avtomobil qarşı tərəfdən gələnləri görməyə maneə yaradır.  Görüntüləri təqdim edirik: