Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub


Digərləri 18 Sen 2020 15:52:00 155 0

Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub

Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsul növləri məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, 2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6,0 faiz, kartof - 32,1 faiz, meyvə və tərəvəz şirələri - 9,9 faiz, bitki yağları - 1,7 dəfə, meyvə və tərəvəz konservləri - 5,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 41,9 faiz, polietilen - 41,9 faiz, qara metallardan borular - 1,8 dəfə, bentonit gili - 11,0 faiz artmış, təzə meyvə ixracı isə 18,5 faiz, şəkər - 40,0 faiz, tütün - 25,8 faiz, çay - 1,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 57,4 faiz, pambıq lifi - 10,0 faiz, pambıq ipliyi - 28,2 faiz, emal olunmamış alüminium - 12,6 faiz, qara metallardan yarımfabrikatlar - 85,4 faiz azalıb.

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 14,5 faiz, bitki yağları - 3,9 faiz, xam şəkər və şəkər - 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları - 37,7 faiz, çay - 13,9 faiz, mal əti - 18,8 faiz, təzə tərəvəz - 27,5 faiz, minik avtomobilləri - 25,0 faiz, dərman vasitələri - 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları - 22,8 faiz, qara metallardan çubuqlar - 1,7 dəfə, məişət soyuducuları - 11,0 faiz artmış, buğda idxalı isə 33,5 faiz, kartof - 0,8 faiz, quş əti və onun əlavə məhsulları - 4,7 faiz, siqaretlər - 79,4 faiz, qara metallardan borular - 7,3 faiz, polad prokatı - 3,4 faiz, mineral gübrələr - 4,3 faiz, rezin şinlər - 20,5 faiz, məişət kondisionerləri - 30,6 faiz, mebellər - 20,5 faiz, yük avtomobilləri - 16,9 faiz, polietilen - 19,6 faiz, paltaryuyan maşınlar - 9,0 faiz, qara metallardan künclüklər - 13,0 faiz, avtobuslar - 27,3 faiz, sement və sement klinkerləri - 24,9 faiz azalıb.