Tofiq Yaqublunun məhkəməsi başlayıb


Digərləri 18 Sen 2020 16:07:00 146 0

Tofiq Yaqublunun məhkəməsi başlayıb

Həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı Apellyasiya Məhkəməsi başlayıb

Son.az Trend-ə istinadən bildirir ki, bu gün onun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılır. Prosesə hakim Elmar Rəhimov sədrlik edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.