Təyyarədən 100 milyon dollarlıq narkotik vasitə müsadirə edildi FOTO


Dünya 18 Sen 2020 15:58:00 144 0

Təyyarədən 100 milyon dollarlıq narkotik vasitə müsadirə edildi  FOTO

Avstraliyada federal polis və sərhəd xidmətinin əməkdaşları 100 milyon dollar dəyərində metamfetamin müsadirə ediblər.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, sərhədçilər partiya narkotiki Malayziyadan Sidneyə uçan yük təyyarəsindən aşkarlayıblar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 28 yaşlı şəxs həbs olunub.

Bildirilir ki, həmçinin, şübhəlinin üzərindən 182,4 min dollar nəğd və şifrələnmiş məlumatı saxlayan avadanlıq tapılıb.

Qeyd edək ki, Avstraliyada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanların maksimal cəzası, azadlıqdan ömürlük məhrumetmədir.