Rusiyada 6 minə yaxın yeni yoluxma


Dünya 18 Sen 2020 15:47:00 135 0

Rusiyada 6 minə yaxın yeni yoluxma

Rusiyada koronavirusa yoluxanların sayı 1,09 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 5 905 nəfər virusa yoluxub, 134 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 091 186 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 195 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 901 207 nəfər virusdan sağalıb, 170 784 nəfərin müalicəsi isə davam edir.