Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb


Dünya 18 Sen 2020 14:08:00 197 0

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb

Türkiyənin cənub-şərqindəki Bitlis vilayətində "İldırım 12" antiterror əməliyyatı başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, antiterror əməliyyatında jandarm və polis xüsusi qüvvələrindən 747 hərbçi iştirak edir.

Qeyd olunur ki, bu əməliyyat iyulun 13-dən başlamış "İldırım" əməliyyatlarının 12-ci mərhələsidir.

Bu günədək keçirilmiş 11 əməliyyat çərçivəsində 71 terrorçu zərərsizləşdirilib. Bundan başqa, 38 nəfər saxlanılıb, 140-dan çox silah-sursat anbarı məhv edilib.