"Anadan olandan uğurlu biriyəm"
Şou-biznes 18 Sen 2020 13:40:00 173 0
Məni sosial şəbəkədə pisləmirlər. Amma hamı da yaxşıdır demir. Heç bunu istəmirəm də. Ancaq mahnılarım "Youtube"da izlənir, 1 milyon baxış sayı toplayan ifam da var. Anadan olandan uğurlu biriyəm.
Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Üçümüz" proqramında deyib. Sənətçi sosial şəbəkələrdə sənət adamlarına yazılan tənqidlərdən bəhs edib. O bildirib ki, ünvanına çox təhqir və tənqid yazılmır.
Bir müddət əvvəl gözəllik salonu açan Mənzurə biznesinin bağlandığını söyləyib:
"Gözəllik salonu açmışdım, 20 gün işlədi. Varımı-yoxumu salona qoydum ki, pul qazanım. Amma pandemiya düşdü və batdı".
Mənbə: milli.az