Azərbaycan “Eurovision”da iştirakını təsdiqlədi
Digərləri 18 Sen 2020 13:12:00 144 0
Azərbaycanın "Eurovision-2021" mahnı müsabiqəsində iştirakı təsdiqlənib.
Son.az bildirir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən qafqazinfo-ya verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.
18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Eurovision-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi (Samirə Əfəndiyeva) təmsil edəcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Eurovision"un Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur.
Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.
Mənbə: milli.az